Monitorinq keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tərəfindən Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə  VI və IX sinifləri üzrə monitorinq keçirilib.

Monitorinqin keçirilməsində əsas məqsəd  şagirdlərin müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir. 

Şagirdlərə  tədris dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə isə 30 sual olmaqla, ümumilikdə 85 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi