“Zəfər tarixi-2” Esse Olimpiadası

Bakı İnsan Hüquqları Məktəbi avqustun 1-dən oktyabrın 30-na kimi “Məktəblilər arasında “Zəfər tarixi-2” Esse Olimpiadası”nı təşkil etmişdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinin qalibi olan bu layihədə məktəbimizin 9a sinif şagirdi Pərvanə Mehtiyeva iştirak etmiş və III yerin qalibi olmuşdur.