Psixoloji söhbət

Məktəbin psixoloqu Günəş Cahangirlinin təşkilatçılığı ilə  5-ci  siniflərin  orta  təhsil  pilləsinin adaptasiya  prosesinə  kömək  məqsədi  ilə  onlarla söhbət  və məşğələ təşkil edildi. Şagirdlərə izah olundu   ki, yeniyetmələrin  həyatında baş  verən  ən  mühüm  dəyişiklik  onların ibtidai  sinifdən  orta sinfə keçməsindən  ibarətdir.Tədris  artıq  ibtidai  sinifdə  olduğu  kimi  bir  müəllim  tərəfindən  deyil, bir neçə fənn müəllimi  tərəfindən  həyata  keçirilir. Psixoloq Günəş Cahangirli  bildirdi ki, orta  siniflərdə  yeniyetmələr  artıq  öz  davranış  və  fəaliyyətini  müstəqil  təşkil  etməli, özlərinə  nəzarət  etməyi  bacarmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi