ZƏFƏRİN ZƏNGİLAN ZİRVƏSİ

Oktyabrın 20 -də  Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xocəsən qəsəbə klubunda  Zəngilan  şəhəri gününə həsr olunmuş “Zəfərin Zəngilan  zirvəsi” adlı tədbir keçirilib. İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz   xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxışlarda Zəngilan  rayonunun tarixi və işğaldan azad olunduqdan qısa müddət sonra rayonda aparılan yenidənqurma işləri haqqında məlumat verilib. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəngilan  zəfəri hərb tariximizə qızıl hərflərlə yazılıb.

Sonra Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin şagirdləri Vətən müharibəsinə həsr olunmuş şeirlərlə çıxış ediblər.

 

#7dən17yəVətənpərvər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi