Zəfərin Füzuli zirvəsi

Oktyabrın 17-də Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xocəsən qəsəbə klubunda Füzuli şəhəri gününə həsr olunmuş “Zəfərin Füzuli zirvəsi” adlı tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Füzuli rayonunun tarixi və işğaldan azad olunduqdan qısa müddət sonra rayonda aparılan yenidənqurma işləri haqqında məlumat verilib. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli zəfəri hərb tariximizə qızıl hərflərlə yazılıb.
Sonra Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin şagirdləri Vətən müharibəsinə həsr olunmuş şeirlərlə çıxış ediblər.