MÜƏLLİMLƏR GÜNÜ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “ Müəllimlər Günü”adlı tədbir keçirildi.Tədbirdə çıxış edən məktəbin direktoru Səma Həziyeva bildirdi ki, ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Tədbirdə şagirdlərimiz şeir və ifaları ilə müəllimləri təbrik etdilər .