Cəbrayıl şəhəri gününə həsr olunmuş tədbir

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xocəsən qəsəbə klubunda 4 oktyabr - Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şagirdlər vətənpərvərlik şeirləri səsləndirib, daha sonra Cəbrayıl rayonu haqqında videoçarx nümayiş olunub.