Şəhidlərimiz qürur mənbəyimizdir

Z.Məmmədov adına 103 nömrəli məktəbin təşkilatçılığı ilə Xocəsən qəsəbə klubunda " Şəhidlər qürur mənbəyimizdir" adlı tədbir keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Binəqədi rayon hərbi komissarlığının nümayəndəsi Çingiz Ələkbərov , Qarabağ müharibəsi iştirakçıları , qazilər və şəhid ailələri iştirak etdilər.
Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun misilsiz şücaəti sayəsində zəfərlə nəticələnən Vətən Müharibəsindən danışılıb, respublikamızda Anım Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamının tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi olduğu qeyd edilib.

Sonra vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 

#7dən17yəVətənpərvər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi