Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu..

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “27 sentyabr – Anım Günü”nə həsr olunmuş “Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu...” mövzusunda şagirdlər arasında inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, Vətən müharibəsi şəhidlərinin gənclər arasında tanıdılması, həmçinin rayonda bacarıqlı və istedadlı şagirdlərin aşkar edilməsidir. İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.