27 Sentyabr: Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhrəmanlıq tarixi

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə kitabxana müdiri Minayə Məmmədova və kitabxanaçı Aysel Kərimovanın  təşkilatçılığı ilə 27 Sentyabr- Anım Gününə həsr olunan “27 Sentyabr: Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhrəmanlıq tarixi” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə, Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra, giriş sözü ilə çıxış edən  məktəbin tarix müəllimi Emin Hüseynov  qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazıblar. Qısa müddət ərzində sarsıdıcı zərbələrlə düşməni doğma torpaqlarımızdan qovub çıxaran cəsur Vətən övladları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda böyük qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunələri ortaya qoyublar.

 

#7dən17yəVətənpərvər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi