Şəhidlər unudulmur

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin 27 Sentyabr - Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar Tədbirlər Planına əsasən məktəbin müəllim və şagird kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın məzarları ziyarət olunub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.