ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR AĞACƏKMƏ AKSİYASI

Z. Məmmədov adına 103 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar Tədbirlər Planına əsasən ağacəkmə kompaniyası keçirildi. Məktəbimizin şagirdləri ağacəkmə kompaniyasında fəal iştirak etdilər. Məktəbin boş həyətyanı sahələrinə ağaclar əkildi. Şəhidlərimiz əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.