Biz sülh istəyirik!

 21 sentyabr Beynəlxalq Sülh günü ilə bağlı  məktəbin həyətində “Biz sülh istəyirik!” adlı tədbir keçirildi. Tədbirdə  şagirdlər öz sülhlə bağlı arzularını söylədikləri şeirlərlə, oxuduqları mahnılarla ifadə etdilər. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu şagirdlərimizin ifadəli nitqində öz əksini tapdı.

         Yaradıcı və bacarıqlı əllər sahibi olan şagirdlər kağızdan düzəltdikləri sülh simvolu olan ağ göyərçinləri nümayiş etdirdilər, səmaya göyərçin və mavi şarlar uçurdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi