Xalqımız tarixən sülhsevər xalqdır!

21 sentyabr Beynəlxalq Sülh günü ilə bağlı məktəbimizdə rəngarəng tədbirlər keçirildi. Sinif təşkilat saatlarında “Xalqımız tarixən sülhsevər xalqdır!” mövzusunda söhbətlər aparıldı. Vurğulandı ki, sülh - bəşər övladının rahat yaşaması, qayğısız uşaq qəhqəhəsidir, ağsaçlıların gözlərinin məmnun baxışıdır, rahat nəfəsidir. 3c sinif rəhbəri Arzu Eyvazova sinif təşkilat saatında söhbət apardıqdan sonra şagirdlər sülhün simvolu olan göyərçin rəsmləri çəkdilər.