MİLLİ MUSİQİ GÜNÜ

Məktəbdə Milli Musiqi Günü ilə bağlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musuqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını dahada artırmaqdan ibarətdir.
Milli Musiqi Gününə həsr edilmiş tədbir musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə Milli Musiqimizin dərin köklərə söykəndiyi, Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafında əvəzsiz rol oynadığı, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində sentybarın 18-nin Milli Musiqi Günü kimi qeyd edilməsinə dair fərman verməsi və bununla əlaqədar olaraq hər il ölkəmizdə təntənəli mərasimlərin keçirildiyi diqqətə çatdırıldı. Həmçinin, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışıldı. Bəstəkarın əsərlərindən ibarət musiqi parçaları dinlənildi.
Tədbirdə məktəblilər rəngarəng musiqi nömrələri ilə çıxış etdilər.