15 SENTYABR BİLİK GÜNÜ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Bilik günü tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbə icra nümayəndəsi Teyyub Abdullayev , ərazi üzrə 40 -cı polis bölməsinin əməkdaşları , valideynlər, , məktəbin müəllim-şagird kollektivi iştirak etdi . Tədbirdə çıxış edənlər  əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini deyən  təşkilatçı Yasəmən Abdullayeva qeyd edib ki, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir.

Məktəbimizdə  ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi