Şagirdlərimiz Bilim Bakı Mərkəzində

Şagirdlərin elmə, innovasiya və texnologiyaya maraq və biliklərin artırılması məqsədilə 06.06.2023-cü il tarixində dərsdən sonra məktəbin 2ç , 3ç və 7c sinif şagirdləri Bilim Bakı Mərkəzində keçirilən təlimlərdə iştirak etdilər. Təlimlər əsasən riyaziyyat və "Dene yap " labaratoriyalarında keçirildi. Şagirdlər tam fərqli və maraqlı təlim üsulu ilə tanış oldular.Bu təlimdən çox razı qaldılar. Bu təlimlərin digər siniflərdə də davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur. Məqsəd istedadlı və yaradıcı şagirdlərin patensialını ortaya çıxarmaq ,onlarda texnologiyaya maraq oyatmaqdır.