Breyn-rinq

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xocəsən qəsəbə klubunda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Breyn-rinq" intellektual yarış keçirildi. Yuxarı sinif şagirdləri arasında keçirilən yarışda 4 komanda iştirak etdi. Tədbirin sonunda "Qarabağ" komandası Fəxri Fərmanla təltif olundu.