Gənc İqlim Çempionları 2023

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Gənc İqlim Çempionları 2023"(Young Climate Champions) müsabiqəsinə məktəbimizdən ECO NOOK layihəsi ilə qatılan komandamız 70-dən çox layihə arasında top 10-luqda yer alaraq həyata keçirilən 4 layihədən biri olub qrant qazandılar.
 May ayında İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa dəstəyi ilə layihə icra olundu. 
Bugün isə Böyük Britaniya səfirliyində müsabiqənin təltifetmə və bağlanış mərasimi keçirildi. Komanda üzvləri məktəbin coğrafiya müəllimi Aytən Abdullayeva, şagirdlər Əhməd Əliyev, Dəniz Sadıqlı, Yəmən Dadaşova, Uğur Vəlizadə və Nuran Məmmədli təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi