28 May-Müstəqillik Günü

Mayın 26-da Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xocəsən qəsəbə klubunda “Müstəqilliyimizin qüruru-28 May” adlı tədbir keçirilib. Tədbirdə şagirdlərin ifasında şeirlər , nəğmələr səsləndi və rəqslər nümayiş olundu.
Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, 28 May-Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və istiqlaliyyəti uğrunda daim mübarizə aparıb, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan edib. Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib.