20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

Yanvarın 19 -da 103 saylı tam orta məktəbdə 20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar "20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı tədbir keçirib.Tədbirdə 103 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. İlk öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Y.Alməmmədov açaraq, bildirib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Daha sonra şagirdlərin ifasında bədii kompozisiya ifa olunub.