Hər dərsliyə uzun ömür

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin kitabxana müdiri Minayə Məmmədova və kitabxanaçı Aysel Kərimovanın təşkilatçılığı ilə " Hər dərsliyə uzun ömür " adlı tədbir keçirildi. Minayə Məmmədova və Aysel Kərimova bütün siniflərində dərsliklərə nəzarət etmiş və şagirdlərə dərs ilinin sonunda kitabları səliqəli şəkildə təhvil vermələri barədə məlumat verdilər.