Heydər Əliyev Mərkəzinə ekskursiya

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin 3a sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya edib. Ekskursiya “Heydər Əliyev İli” çərçivəsində məktəbdə  keçiriləcək tədbirlər planına əsasən təşkil olunub. Ekskursiyada şagirdlərə  müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. Daha sonra, şagirdlər  Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi