Heydər Əliyev Mərkəzinə ekskursiya

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin 3c sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər. Məktəblilərə Mərkəzin “Muzey” bölməsində toplanmış Ulu Öndərin zəngin dövlətcilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib. Şagirdlər Mərkəzin “Kitabxana və İnformasiya Texnologiyaları” bölməsi ilə də tanış olublar. Ekskursiya ziyarətçilər tərəfindən maraqla qarşılanıb.