Yol hərəkəti qaydalarına riayət edək !

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət edək! ” adlı tədbir keçirilib. Tədbir prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq təşkil edilib. Tədbirdə şagirdlər bir-birindən gözəl şeir, mahnı, rəqs və səhnəcik nümunələri göstəriblər.