Ağacəkmə aksiyası

Bu gün Z.Məmmədov adına 103  nömrəli tam orta məktəbdə  ağacəkmə aksiyası keçirilib. Məktəb rəhbərliyinin təşəbbüsü ilə baş tutan aksiya çərçivəsində təhsil müəssisəsinin həyətində xeyli sayda ağac əkilib. Məktəbin direktoru Səma Həziyeva  bildirib ki, ətraf mühitin mühafizəsi, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədilə ölkədə daim yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyaları keçirilir. 

 Məktəbin həyətində həmişəyaşıl ağaclar, bəzək bitkisi əkilib.  Məktəbin müəllim kollektivi və şagirdlər böyük həvəslə bu aksiyada iştirak ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi