Tarixi yerlərimiz

 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin şagirdləri  “Şirvanşahlar Saray Kompleksi” muzey-qoruğuna və  "Qız Qalası"na ekskursiya ediblər. Ekskursiya zamanı məktəblilər Şirvanşahlar sarayının tarixi və "Qız Qalası" ilə yaxından tanış olublar. Şagirdlərə bildirilib ki, Şirvanşahlar sarayı — Şirvanşahların (Şirvan hakimlərinin) Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgahıdı. Kompleksə saraydan başqa divanxana, Şirvanşahlar türbəsi, minarəsi, 1441-ci ilə aid saray məscidi, hamam və saray alimi Seyid Yəhya Bakuvinin türbəsi daxildir.

Daha sonra "Qız Qalası" haqqında məlumat verilib. Bildirilib ki, Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir.

Şagirdlər gözəl təəssüratlarla geri dönüblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi