Hərbi Qənimətlər Parkına ziyarət

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Hərbi Qənimətlər Parkını ziyarət etdilər.
Ziyarət zamanı şagirdlər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın mərd oğulları tərəfindən ələ keçirilən qənimətlərlə yaxından tanış olublar. Şagirdlər nümayiş etdirilən eksponatlar haqqında yeni məlumatlar əldə edib, Vətən müharibəsi və ondan sonra xalq olaraq həmrəyliyimizdən qürur hissi ilə bəhs ediblər.