Şagirdimizin uğuru

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadasında fəal iştirak etdiyinə görə Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin 10 b sinif şagirdi Selcan Həsənli tərifnamə ilə təltif olunmuşdur. Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.