Aprel döyüşləri tariximizin şanlı səhifəsidir!

 05.04.2023-cü il tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Sevinc Əhmədovanın təşkilatçılığı ilə "Aprel döyüşləri tariximizin şanlı səhifəsidir!" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Səma Həziyeva çıxış etdi. O, çıxışında bildirdi ki ,Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu. Bunun, eyni zamanda, hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində böyük rolu var. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular.  Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söylənilib, Aprel şəhidlərinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi