Tarixin bir günü və ya bir günün tarixi

Martın 31-də Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq  “Tarixin bir günü və ya bir günün tarixi ”  adlı tədbir keçirildi. Soyqırım qurbanlarının və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Emin Hüseynov  31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verdi. 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirin sonunda məktəbin direktoru Səma Həziyeva  çıxış edərək soyqırım haqqında öz fikirlərini söylədi, şagirdləri tariximizi dərindən öyrənməyə, soyqırım qurbanlarını unutmamağa çağırdı. 

Kitabxanada 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kitab sərgisi də keçirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi