31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü

26 dekabr 103 saylı tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirildi.Tədbirdə məktəbin tarix müəllimləri Şirinova Sevinc və Əliyev Murad çıxış etdilər.Çıxışlarda bildirildi ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlilərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır.Tədbir şagirdlərin çıxışları ilə davam etdi.Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr muavini Müşfiq Ələsgərli və Jurnalist Arasdırmalar Mərkəzinin sədri Seymur Verdizadə ,məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi