Tolerantlıq, multikulturalizm, həmrəylik

28 dekabr tarixində 103 saylı tam orta məktəbdə "Tolerantlıq, multikulturalizm, həmrəylik" adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan direktorun təlim-tərbiyə işləri üzrə müavini Sevda Alışova deyib ki, Azərbaycanda multikulturalizm həyat tərzidir: " Ölkəmizdə multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox çıxışlarında multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd etmişdir. 2016-ci ilin multikulturalizm ili elan olunması da bir daha onu göstərir ki, Azərbaycan müxtəlif xalqların nümayəndələrinin ən mehriban yaşadığı ölkələrdəndir."Tədbir şagirdlərin multikulturalizmlə bağlı hazırladığı kompozisiyalar ilə davam edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi