Xocalı faciəsi uşaqların gözü ilə

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 31 -ci ildönümü ilə bağlı məktəbin Tədbirlər Planına əsasən "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin şagirdləri fəal iştirak etdilər. Məktəblilər çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı rəngli boyalarla əks etdiriblər. Müsabiqənin məqsədi Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olub.