Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 31 -ci ildönümü ilə bağlı məktəbin Tədbirlər Planına əsasən "Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət " adlı inşa müsabiqəsi keçirildi. Müsabiqədə 9 a sinif şagirdləri iştirak edirdi. Müsabiqənin məqsədi Xocalı faciəsinin qurbanlarını ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olub.