Ana dilimizi qoruyaq !

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin kitabxana müdiri Minayə Məmmədovanın təşkilatçılığı ilə 4d sinfində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar " Ana dilimizi qoruyaq !" adlı tədbir keçirildi. Tədbirdə məktəbin kitabxana müdiri Minayə Məmmədova fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıblar. Bildiriblər ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.
Sonra məktəblilər ana dilinə həsr olunan təqdimatlar hazırlayıb , dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndriblər.