Ana dilimizi sevək , sevdirək!

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə "Beynəlxalq Ana dili Günü" ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şagirdlər “Beynəlxalq Ana Dili Günü” haqqında hazırladığı səhnəcikləri nümayiş etdirdilər, mahnılar oxudular, şeirlər söylədilər.Daha sonra məktəbin ibtidai sinif müəllimi Pərvin Xəlilova ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi.
Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.