Dekabrın 12-də 103 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Tədbirdə 103 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.İlk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri 103 saylı tam orta məktəbin direktoru Yusif Alməmmədov açaraq ulu öndər Heydər Əliyevin anım günü olduğunu və ulu öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını vurğulayıb.Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.Sonda 103 saylı tam orta məktəbin şagirdlərinin ifasında Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş bədii kompozisiya səsləndirilib.