Təbiətdən incəsənətə

Binəqədi rayonu Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2022-ci il tarixli, F-138 nömrəli əmrinin icrasına əsasən Yaşıl layihə: “Təbiəti qoruyanlar”adlı layihə ilə bağlı olaraq məktəbin UBTR Vüsalə Məmmədova , ibtidai sinif müəllimləri Vüsalə Namazova və Maviyə İbrahimovanın təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət “Təbiətdən incəsənətə” adlı sərgi keçirildi. Sərgi məktəbin foyesində nümayiş etdirilmişdir. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin maarifləndirilməsi, onların ekoloji biliklərinin artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması kimi qlobal məsələlərin həllidir. Həmçinin bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.