Yaşıl layihə

Şagirdlərin ekoloji maarifləndirilməsi,ətraf mühitin və ekologiyanın mühafizəsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə Bakı şəhəri Təhsil İdarəsinin F-138 №li əmrinə əsasən Yaşıl layihə: "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində məktəbimizdə silsilə tədbirlər keçirilməkdədir. 21 noyabr tarixində məktəbimizdə UBTR Vüsalə Məmmədova , məktəbin biologiya müəllimləri Səadət Labazanova və Emilya Əzimovanın təşkilatçılığı ilə tədbir keçirildi.Layihə çərçivəsində məktəb həyətinin yaşıllaşdırılması və kiçik ölçülü oranjereyanın yaradılması nəzərdə tutulur. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.