ŞAGİRDLƏRLƏ MAARİFLƏNDİRİCİ SÖHBƏTLƏR APARILIR

Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirmə işi müntəzəm olaraq aparılır. Erkən nikahların qarşısının alınması,ailə planlaşdırılması, insan alverinin qurbanı olmamaq, qızların təhsildən yayınmasının qarşısının alınması mövzularında məktəbdə xüsusi dərslər ,”dəyirmi masa” lar, disputlar keçirilir. Məktəbin psixoloqu Sevinc Abbasova bu mövzuda müxtəlif siniflərdə söhbətlər aparıb, erkən nikahın digər hüquq pozuntuları haqqında şagirdlərə məlumat verib.