Məişət zorakılığı

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Məişət zorakılığı mövzusunda tədbir keçirildi.Tədbirdə məktəbin psixoloqları Sevinc Abbasova və Günəş Cahangirli şagirdlərə bu mövzuda geniş məlumat verdilər. Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.