Yol hərəkət qaydalarını birlikdə öyrənək

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Ubtr Vüsalə Məmmədova və 4d sinif rəhbəri Maviyə İbrahimovanın təşkilatçılığı ilə " Yol hərəkət qaydalarını birlikdə öyrənək" adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirməkdir. Yol hərəkəti qaydalarını kiçik yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyi vurğulanıb. Həmçinin yol hərəkət nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı önəmindən və onlara düzgün əməl olunması haqqında məlumat verilib.