Milli istiqlal şairi

Məktəbin dil-ədəbiyyat müəllimi Əfqanə Hüseynova və kitabxanaçı Minayə Məmmədovanın təşkilatçılığı ilə  VIII c sinfində "Milli istiqlal şairi" adlı dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsində məqsəd milli istiqlal şairi, görkəmli ictimai xadim Əhməd Cavadın vətənpərvər vətəndaş kimi fəaliyyəti,geniş bədii yaradıcılığı və keşməkeşli həyat yolu barədə müzakirə aparmaq idi. Şagirdlər topladıqları maraqlı məlumatları yoldaşları ilə bölüşərək fikir mübadiləsi apardılar.Sonda Əhməd Cavadın üçrəngli bayrağımıza və türkçülüyə həsr olunmuş şeirlərindən ibarət bədii kompozisiya təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi