Fövqəladə hallar uşaqların gözü ilə

Məktəbimizdə "Fövqəladə hallar uşaqların gözü ilə" X Respublika uşaq yaradıcılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi. Müsabiqə I - XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltməkdir.