Qasım bəy Zakir yaradıcılığının işığına yığışmışıq

Noyabrın 30 -da 103 saylı məktəbdə Qasım bəy Zakirin həyat və yaradıcılığından bəhs edən " Qasım bəy Zakir yaradıcılığının işığına yığışmışıq " adlı tədbir keçirildi.Tədbirdə məktəbin ədəbiyyat müəllimi Musayeva Şövkət ,kitabxanaçılar Güləmirova Ziyafət , Məmmədova Minayə , direktorun tərbiyə işləri üzrə təşkilatçı müavini Həşimova Sevda və IX-XI sinif şagirdləri iştirak edirdilər.Tədbirin əvvəlində Musayeva Şövkət çıxış etdi .O , çıxışında bildirdi ki , Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. Şagirdlərdən Rəhimova Elnurə ,Səfərov Həsən və Əliyev Məhərrəm şeirlər söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi