Zəfər Günü

Məktəbimizdə 8 noyabr-Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib. Sərgidə Məktəbin direktoru Səma Həziyev , müəllimlər və şagirdlər iştirak ediblər. Öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra isə səsvermə yolu ilə qaliblər müəyyənləşdirildi. I yer 4d sinif şagirdi İsmayıl Vəliyevin , II yer Fəxriyyə Əliyevanın , III yer isə Osman Hacısoyun hazırladığı əl işi tutdu. Şagirdlər diplomla təltif olundu.