Mənim üç rəngli bayrağım

25 oktyabr 2022-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “9 noyabr-Bayraq günü” münasibətilə “Mənim üç rəngli şanlı bayrağım” mövzusunda şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə məktəbin şagirdləri uğurla iştirak etmiş, VIII c sinif şagirdi Xəlilzadə Leyla fərqlənmə diplomu ilə,VI b sinif şagirdi Soltanzadə Sənubər iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşlar.
Şagirdlərimizi təbrik edir,onlara gələcək müsabiqələrdə uğurlar diləyirik.