"Zəfər tarixi" Esse Olimpiadası

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinin qalibi olan Bakı İnsan Hüquqları Məktəbinin təşkil etdiyi “Məktəblilər arasında “Zəfər tarixi”nə həsr olunmuş Esse Olimpiadasında məktəbimizin 9b sinif şagirdi Xalidə İbrahimova final mərhələsinə yüksəldiyinə görə diplomla təltif edilmişdir.Təşkilatın sədri Azər Ələkbərovun verdiyi məlumata görə II Qarabağ müharibəsinin Zəfər tarixini məktəblilər arasında təbliğ etmək, bu sahədə yeniyetmələrin biliklərinin artırılmasına nail olmaq layihənin əsas ideyasıdır.