Müstəqilliyimiz əbədidir

Məktəbimizdə oktyabrın 17-də 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Məktəbin kitabxanaçısı Minayə Məmmədova çıxış edərək 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün yaranma tarixindən danışıb. O, bildirib ki, Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər səsləndi..
Sonda şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.